Ucar rayonunda kişi özünü ehtiyatsızlıqdan ağac kəsmək üçün istifadə olunan "matapila" ilə doğrayıb.

Unikal.org-un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bağman kəndində baş verib. Belə ki, "matapila" budama işləri görmək üçün ağaca çıxan 1977-ci il təvəllüdlü Əliyev İlham Faiq oğlunun ayaqları üzərinə düşüb.

44 yaşlı zərərçəkmiş Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İ. Əliyev xeyli qan itirdiyindən rayonda müdaxilə etmək mümkün olmayıb. Burada onun qanaxması dayandırılıb, əlavə qan köçürülüb.

Daha sonra o, ölümcül şəkildə ambulansla Bakı şəhərinə aparılıb.

Ağarza Elçinoğlu