Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax rayon şöbəsinin müdiri Telman Cəfərov vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Xidmət rəisi Mətin Eynullayev əmr imzalayıb.

Əmrə əsasən, T.Cəfərov təqaüdə göndərilib. Onun yerinə isə Cavid Babayev təyin olunub.

Hüseyn İsgəndərov