Rusiyanın İvanovo vilayətindəki 4 saylı cəzaçəkmə müəssisəsində pişik mühafizəçilər tərəfindən narkotik maddə daşıyarkən yaxalanıb.

Unikal.org xəbər verir  ki, Rusiya Federal Həbsxana Xidmətindən  (FSIN) verilən məlumata görə,  4 saylı Cəzaçəkmə Müəssisəsində pişik mühafizəçilərin diqqətini çəkib.

Belə  ki, yaxalanan pişiyin üzərində  5,91 qram narkotik  maddə  aşkarlanıb. 

Narkotik daşınmasında istifadə edilən pişik mühafizəçilər tərəfindən otaqlardan birində  saxlanlıb. Lakin pişik otaqdan qaçıb. Pişiyin narkotikin hansı məhbus və ya məhkumlara aparıldığı ilə bağlı araşdırma başlanılıb. 

Qeyd edək ki,  Rusiyada pişiklər əvvəllər məhkumlar tərəfindən həbsxanalara narkotik daşımaq üçün gizli istifadə olunurdu.