Türkiyəli orkestr dirijoru, caz musiqiçisi Durul Gence dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, xərçəngdən müalicə olunan sənətçi üç həftə əvvəl reanimasiyaya yerləşdirilib. O, bu gün xəstəxanada 81 yaşında vəfat edib.

Eyni zamanda, D.Gence uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, sənətçi Ajda Pekkan, Rüçhan Çamay, Gönül Yazar, Tanju Okan, Herb Qeller, Sonni Şarok, Lili İvanova, Anders Koppel kimi adları müşayiət edib.