Məktəblərin distant təhsilə keçirilməsi bilavasitə Operativ Qərargahın səlahiyyətinə aid olan məsələdir. Lakin dövlət məktəblərin bağlanmasını istəmir.

Unikal.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin "İnstagram" səhifəsində canlı yayımda qonaq olarkən deyib.

O bildirib ki, mümkün qədər təhsilin əyani formada davam etməsi məqsədəuyğundur: "Çünki biz distant təhsilin fəsadlarını görürük. Həmçinin, hazırda məktəblərdəki yoluxma sayı o qədər deyil ki, total tədbirlər görülsün. Hələlik yoluxma olan siniflərdə 14 gün müddətində bağlanma tədbiri seçilir. Bütün dünyada bu metod tətbiq edilir".