44 günlük Vətən Müharibəsinin şəhidi, leytenant Natiq Baxşəliyev anılıb.

Unikal.org xəbər verir ki, anım mərasimində Milli məclisin deputatı Ülvi Quliyev, şəhidin ailə üzvləri, yaxınlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid hərbi qulluqçunun Yasamal rayonunda yerləşən II Fəxri Xiyabandakı məzarı ziyarət edilib. Mərasim zamanı şəhidin ruhuna dua oxunub, cəbhədəki şücaətindən danışılıb və məzarı önünə güllər qoyulub.

Natiq Baxşəliyev müharibədə göstərdiyi rəşadətə görə, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.