Lənkəran şəhərində Azərbaycan Milli Kulinariya Mərkəzi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın cənub bölgəsinin mətbəx mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

ATMU-dan Unikal.org-a verilən məlumata görə, iştirakçılar əvvəlcə Şəhidlər xiyabanını və ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının əməkdaşları – p.e.n., dos. N.Quliyev, a.e.ü.f.d., dos. Ç Əliyevin çıxış və  məruzələri iştirakçılar tərəfindən razılıqla qarşılanıb. Xatırladaq ki, elmi-ptaktik konfransın gündəliyinə  ATMU-nun adıçəkilən kafedrasının b/m H.Məmmədova, müəllimlər E.Qurbanov  və S.Qasımovanın da məqalələri daxil idi. 

Tədbir Lənkəran mətbəxinə aid nümunələrin dequstasiyası və müzakirəsi çərçivəsində başa çatıb.