“Rəmişsiz nə  istini,  nə  soyuğu,  nə də canımım ağrısını bilirəm. Rəmişsiz həyatım çox çətindir.  Məndə  onunla öldüm”. 

Bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Güllü Unikal.org-a açıqlamasında deyib. O, hər gün Rəmişin məzarını ziyarət etdiyini açıqlayıb:

“Başımı Rəmişin məzarını ziyarətlə qatıram.Danışıram, amma cavab verən olmur. Kor-peşman evimə qayıdıram. Nə qədər ayağım yer tutur onun məzarını ziyarətə gedəcəm”. 

Güllü xanım Rəmişdən sonra evinə sənət adamlarından yalnız Qədir Rüstəmovun qızı Sevil xanım gəldiyini  bildirib: 

“Heç kim gəlmir, bircə Sevildən başqa. Gələnim-gedənim yoxdur. Sənət adamları elə Rəmişin vaxtında gəlirdi. Təyyar Bayramov, Milli Qəhrəman İbad Hüseynov sağ olsunlar ki, zəng edib,  hal-əhval  tuturlar. Ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rəmişi diqqətdən kənar qoymadı. Onun müalicəsi üçün tapşırıq verdilər, hər şey edildi. Sağlığında da fəxri ad, ev verdilər. Amma Allahın yazısı belə imiş. Rəmişdən bircə ev qalıb.  264 AZN təqaüdlə  dolanıram. Heç  bir  yerdən gəlirim yoxdur. Mən Rəmişin arvadıyam. Heç kimə əyilmərəm. Soğan-çörəkdə  yesəm yenə də şükür edərəm”. 

Həmçinin də,  Güllü Hüseynova Rəmişin məzar daşını yaxın dostu, Trabzonda yaşayan iş adamı tərəfindən düzəldiyini ifadə edib. 

Gülayə  Mecid