Ermənistanda son sutka ərzində daha 2066 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 286 303 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 28 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5870-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1238 nəfərdir. Aktiv xəstələrin sayı 22 670 nəfərdir.