Gürcüstanda ötən sutkada koronavirusa 5 219 yeni yoluxma halı təsdiqlənib, 2 348 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent vəfat edib.

Unikal.org xəbər verir  ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 675 771 nəfərdə aşkarlanıb. Onların 619 285-i sağalıb, 9 588-i isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 46 872 nəfərdir.