Azərbaycan Dillər Universitetində COVİD-19-a yoluxma halı qeydə alınıb.

Azərbaycan Dillər Universitetindən Unikal.org-a verilən məlumata görə, virusa yoluxan tələbələrin sayı 14-dür.

Bildirilib ki, həmin tələbələr karantinə alınıb:

"Virusa yoluxma haqqında sənəd təqdim edən tələbələrin qayıbı nəzərə alınacaq. Bu, təlimata əsasən indi yox, semestrin sonunda həyata keçirilir. Hazırda 3 qrup isə müvəqqəti olaraq distant təhsilə keçib".