“Ermənistanın revanşist və ya əməkdaşlıq seçimini etməsi artıq bu ölkənin özü və vətəndaşlarının gələcəyi üçün verdiyi qərar olacaq. Azərbaycan tərəfdaşlığa və əməkdaşlığa yönəlik qərarları hər zaman müsbət cavablandırmağa hazırdır”.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O vurğulayıb ki, Azərbaycana qarşı hər hansı təhdid olarsa, buna adekvat cavab veriləcək.