Gəncə şəhərində 3 nəfər arasında yaranan qarşıdurma xəsarətlə nəticələnib.

Unikal.org xəbər verir ki, hadisə Cavad Xan qəsəbəsində qeydə alınıb.

Göygöl rayon sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Əliyevlə Gəncə şəhər sakinləri - 29 yaşlı Anar Rəhimov və onun 31 yaşlı qardaşı Vüsal arasında mübahisə yaranıb. Bu zaman qardaşlardan biri M.Əliyevin başından bel ilə vuraraq ona xəsarət yetirib. M.Əliyev isə onlara kəsici xəsarətlər yetirib. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)