Ankarada Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin IX üçtərəfli görüşü keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Toplantıda əsas müzakirə mövzuları regional əməkdaşlığıq, Qara dəniz bölgəsində mövcud problemlər və onların həlli yolları, parlamentlərarası əlaqələrin gücləndirilməsi və üçtərəfli əməkdaşlığı möhkəmləndirəcək yeni təşəbübslər olub.

İclas çərçivəsində Gürcüstan parlamentinin üzvləri Türkiyə Böyük Millət Məclisində Dostluq Qrupunun üzvləri ilə görüş keçiriblər. Tərəflər Gürcüstanın işğal altında olan ərazilərində vəziyyət, iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanları və Türkiyənin Gürcüstanı NATO-ya inteqrasiya yolunda dəstəkləməsi məsələləri nəzərdən keçirilib.