Salyan rayonunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Beştalı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “Muravey”lə toqquşub. Qəza nəticəsində rayonun Beştalı kənd sakinləri, 2003-cü il təvəllüdlü Salmanov Hüseynağa Həsən oğlu və 2004-cü il təvəllüdlü Abdullazadə İlkin Rahib oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır