Hollandiyada Qoffert Stadionunda bədbəxt hadisə  baş verib.

Unikal.org xəbər verir ki, azarkeşlər ev sahibi NEC Nijmegen üzərində qazandıqları qələbəni qeyd edərkən tribuna çöküb.  

Həmin anlar həvəskar kameraya əks olunsa da, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Görüntülərdə sahədəki oyunçuların tribunanın kənarına gəlib azarkeşləri salamladığı, tribunanın çökərkən azarkeşlərin sıçradığı kameraya əks olunub. Tribunanınçökməsinə baxmayaraq, azarkeşlərin sevinc nümayiş etdirməyə davam etməsi diqqət çəkib. 

Gülayə Mecid