"Kurtuluş Osman" serialının baş rol ifaçısı Burak Özçivit barəsində cinayət işi açılıb.  

Unikal.org xəbər verir ki, buna səbəb aktyorun işçilərini təhqir və təhdid etməsi olub. Belə ki, 8 dekabr 2020-ci il tarixində Beykoz Rivada "Kurtuluş Osman" serialının çəkilişləri sırasında 4 set işçisi Burak Özçivitin onlara söyüş və təhqiramiz sözlər söylədiyini irəli sürərək aktyor haqqında cinayət işi qaldırıb. 

İstintaq çərçivəsində ifadəsi alınan Özçivit, "Düzdür, müəyyən vaxtlar stresli idim,  amma heç vaxt söyüş və təhqirə yol verməmişəm. Məni yaxından tanıyan hər kəs bilir ki, söyüş söyəcək bir insan deyiləm",  - deyə  açıqlama verib.  

Məhkəmə prosesləri davam edir. 

Gülayə  Mecid