"Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağır olaraq qalır".

Bu barədə Unikal.org-a onun qardaşı Rəşad Şükürov məlumat verib. Onun sözlərinə  görə, jurnalistin ümumi vəziyyətində heç bir irəliləyiş yoxdur:

"Ağır olaraq qalır.  Heç bir  irəliləyiş yoxdur. Qan axtarılırdı. Şükürlər olsun ki, tapıldı. Amma biz hər gün həkimi ilə əlaqə saxlayırıq. O, əllərindən gələni etdiklərini bildirir. Ümid yalnız Allahadır". 

Qeyd edək ki, tanınmış jurnalist Elnur Əşrəfoğlu bir müddət  əvvəl koronavirusa yoluxub.  O, hazırda  "Yeni klinika"da  müalicə  alır. 

Gülayə  Mecid