Türkiyəli məşhur müğənni Demet Akalının həyat yoldaşı Okan Kurt sahibi olduğu restoranda qonşusu ilə mübahisə yaşayıb.

Unikal.org xəbər verir ki, bununla bağlı Okan Kurt  sosial media hesabından səslənərək, qonşusunun onu təhdid etdiyini bildirib. 

Belə  ki, restoranın yaxınlığında  yaşayan şəxs Okanın restoranına  daxil olaraq, burada toy keçirməməsini  tələb edib. Okan ona restoranını tərk etməsini  bildirib. Bu zaman şəxs,  "Mən prezidentin bərbəriyəm. Bu  küçə mənimdir",- deyərək,  sakitçiliyə  riayət  olunmasını əmr edib. Onlar arasında dava  yaranıb. Hər  iki şəxs  polis  bölməsinə  aparılıb. 

Bundan sonra Okan sosial mediadan  izləyicilərinə müraciət  edib.  O, şəxsin bu hərəkətini  nə üçün etdiyini  anlmadığını  bildirib.  Bununla yanaşı, o ailəsinin və  restoranının təhlükədə olduğunu  vurğulayıb.