Rusiyanın "Promobot" şirkəti restoranlarda və ictimai yerlərdə QR kodlarını yoxlayan ilk robotu təqdim edib. 

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskva, Sankt-Peterburq və Permdəki restoranlar koronavirusa qarşı peyvənd olunan və koronavirusdan sağalan vətəndaşların QR kodlarını yoxlamaq üçün robotlar işə götürəcək.

Robot, obyektin girişində hərəkət edə və ziyarətçilərlə ünsiyyət qura biləcək.