Bərdədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Unikal.org xəbər verir ki, hadisə rayonun Mirzəxanli kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik maşını "Opel" markalı maşınla toqquşub. Nəticədə beş nəfər xəsarət alıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.