İraqın şimalındakı Kandil bölgəsində aşkar edilən 3 PKK terrorçusu hava zərbələri ilə məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorla mübarizə ölkə daxilində və onun hüdudlarından kənarda qətiyyətlə aparılır. Terrorçular üçün qaça biləcəkləri yer yoxdur. Heç bir yer onlar üçün təhlükəsiz deyil", - deyə məlumatda bildirilib.