Gürcüstanda son sutkada koronavirusa 4 581 yeni yoluxma halı təsdiqlənib, 28 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ötən 24 saat ərzində daha 2 494 nəfər müalicə olunaraq evə buraxılıb.

Gürcüstanda indiyədək COVID-19-a 662 334 nəfər yoluxub. Onların 612 481-i sağalıb, 9 468-i isə dünyasını dəyişib.