Bu gün 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Taarif Şurasından Unikal.org-a verilən məlumata görə, iclasda təbii qazın  tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.

Seymur Əli