Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb.

Unikal.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib. 

O bildirib ki, hər yaş qrupunda COVID-19-a yoluxma olur: “Onlar arasında virusu ağır keçirənlər də var. Yaxşı tərəfi odur ki, onlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.