Rusiyada son sutka ərzində daha 32 196 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 925 176 nəfərə çatıb.

Ötən gün Rusiyada 999 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 221 213 nəfərə çatıb. İndiyədək 6 960 024 xəstə sağalıb.