Bakıda mənzildən 8 min manatlıq oğurluq edilib.

Daxilii İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də rayon ərazisindəki evlərdən birinin həyətindən 8000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Zəngilan rayon sakini B.Hacıyev idarə etdiyi “Hyundai” markalı avtomobillə saxlanılmışdır. Axtarış zamanı avtomobilin saxlanc yerindən marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.