Dünyada aclıqdan əziyyət çəkənlərin sayı xeyli artıb.

Unikal.org xəbər verir ki, bu barədə Almaniyanın "Welthungerhilfe" təşkilatı məlumat yayıb.

Təşkilatın hesabatına görə bir il ərzində müharibə, koronavirus pandemiyası və iqlim dəyişikliyi səbəbiylə aclıqdan əziyyət çəkənlərin sayı nəzərə çarpacaq dərəcədə artaraq 800 milyonu keçib.

Eyni zamanda, planetdə daha 41 milyon insan aclıq həddinə çatıb.

"Welthungerhilfe"nin baş katibi Matias Mogge deyib ki, müharibə olduğu yerdə infrastruktur dağıdılır, tarlalar xarab olur, insanlar kəndlərdən qaçırlar. Beləcə qida problemi ilə üz-üzə qalanların sayı artır.