"Azərbaycan ərazisindən Azərbaycan əsgərinə erməni silahlısının atəş açması, həm də onun şəhid edilməsi cavabsız qala bilməz. Dərhal atəş açılan mövqe və ordakı düşmən bölməsi məhv edilməlidir. Qalib ordu sözünü ən kəskin şəkildə deməlidir".

Bu sözləri Unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan qanunsuz erməni silahlı qruplaşmalarının təxribatlarını şərh edərkən deyib. 

"İndiki şəraitdə anti-terror əməliyyatının bir erməni təxribatına görə keçirilməsi real görünmür. İstənilən öz ərazimizdən bizə atəş açılan mövqeyə mütləq öz nəzarətimizi təmin etməliyik. O zaman erməni daha yaxşı anlayacaq ki, bu atəşkəsin pozulması nə ilə bitə bilər?!", - deyə ekspert qeyd edib. 

Ağarza Elçinoğlu