Azərbaycanda peşə məktəblərində kosmetoloqlar hazırlanacaq.

Unikal.org-un məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, yeni Kosmetologiya ixtisas qrupu yaradılıb. Bu ixtisas qrupuna kosmetoloq, texnik, kosmesevt və masajist ixtisasları daxil edilib.