Ötən gün Bakıda beş nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin üçüncü kurs tələbəsi olub. 

Universitetdən Unikal.org-a verilən məlumata görə, M.Əzizov dəhşətli hadisədən bir gün qabaq, yəni oktyabrın 12-də universitetdə olub:

Universitetdən bildirilib ki,M.Əzizovun universitetdən xaric edilib-edilməyəcəyi məsələsinə məhkəmənin qərarından sonra yekun cavab veriləcək.