"Bakı Zooloji parkının xərcləri  yeddi-səkkiz dəfə artıb". 

Bu sözləri Unikal.org-a açıqlamasında Bakı Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

O bildirib ki, biletlərin qiymətinin qalxmasının səbəbi xərclərin çox olması ilə bağlıdır: “Hazırda zooparkda akvaterrariumda havalandırma, çoxlu filtrlər, su nasosları, işıqla əlaqədar qurğular istifadə olunur. Buna görə, kommunal xərclərimiz çoxdur.  Büdcədən də o qədər çox pul almadığımız üçün qiymətləri belə etməli olduq. Hələ ki, qiymətlərdə dəyişiklik gözlənilmir”. 

Könül Oruc