Livanın paytaxtı Beyrutda şiə Amal Hərəkatı və Hizbullah tərəfdarlarına atəş açılıb.

Unikal.org xəbər verir ki, Hizbullah və Amal Hərəkatı tərəfdarları Beyrut Ədliyyə Sarayının qarşısına toplaşaraq keçən il Beyrut Limanında baş verən partlayışı araşdıran hakim Tarix əl-Bitarın yerinə başqasının təyin olunmasını tələb ediblər.

Beyrut Ədliyyə Sarayına doğru hərəkət edən nümayişçilər Ət-Tayyuna bölgəsinə gələn zaman bəzi binalardan atəş açılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 60 nəfər yaralanıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Ordu ilə şiə Amal Hərəkatı milisləri arasında toqquşmalar davam edir.

Livan ordu komandanlığı açıqlamada təhlükəsizlik qüvvələrinin silahla görülən hər kəsi güllələyəcəyini bildirib.

***14:07

Keçən il Livanın paytaxtı Beyrutda baş verən partlayışla bağlı istintaq işləri davam etdirilir.

Unikal.org xəbər verir ki,  şəhərin mərkəzi hissəsində istintaq işlıərinə etiraz edən şəxslərlə  polis  arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində  etirazçılardan atəş açıb.  İnsident  nəticəsində  2  nəfər  öülb,  7 nəfər  isə  ağır  yaralanıb. 

Yerli KİV-in məlumatına görə, şəhərdə partlayış səsləri də  eşidilib. 

Əraziyə  çox sayda  polis qüvvələri cəlb olunub.