Əgər yoluxma halları artan tendensiyada davam edərsə, birmənalı şəkildə hərəkəti azaltmaq üçün məktəblərin fəaliyyəti məhdudlaşdırıla bilər. 

Bu sözləri Unikal.org-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert deyir ki, amma təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən gələrək valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıdır: “Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır”. 

K.Əsədov deyib ki, yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq: “Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir”.

Könül Oruc