"Dərman məsələsi parlamentdə də qaldırıldı. Niyə də Türkiyədən Azərbsaycana dərman preparatları gətirilməsin?!".

Unikal.org xəbər verir ki, bunu "Müsavat TV"nin efirinə deputat Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda dərman sektoru inkişaf etdirilmirsə, Türkiyənin dərman sektorundan istifadə edilməlidir:

"Bu məsələlər adi, sadə həll yolu olan məsələlərdir. Sadəcə, imtiyazlı təbəqəni yuxarıdan götürməsən, bu mümkün olmayacaq. Çünki bu sahədə qanundan üstün adamlar var".

Seymur Əli