Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda küçədə partlayan kanalizasiya borusunun tullantıları yaxınlıqda yerləşən Dövlət Yol Polisi Şöbəsinin inzibati binasına da daxil olub.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, Binəqədi şossesində, Binəqədi rayon DYPŞ-nın inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Kanalizasiya suyu daşıb və ətraf əraziləri, insanların həyətini və evini əhatə edib. 

Şöbədən bildirilib ki, artıq problem aradan qaldırılıb.