Bu gün “Taliban” nümayəndə heyəti  Türkiyəyə rəsmi səfər edib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı “Taliban” hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balkhi açıqlayıb.

Onun sözlərinə görə, nümayəndə heyəti artıq  Ankaradadır.  “Taliban” hərəkatının xarici işlər naziri vəzifəsini icra edən Əmir Khan Muttaqinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə  görüşəcəyi bildirilir.