Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo yığmasına rəhbərlik etmək istəyir.

Unikal.org xəbər verir ki, bu barədə o, "Indeksonline" nəşrinə açıqlamasında deyib.

O, sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu bildirib: "Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".

65 yaşlı mütəxəssis Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndiyini söyləyib: "Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".