Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayının 22-də saat 23:50 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində 67A nömrəli evin qarşısında naməlum şəxs “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb.