Məşhur amerikalı reper Kanye Uest Vayominq ştatında yerləşən kənd evini satışa çıxarıb.

Unikal.org  xəbər verir ki, sənətçi 2019-cu ilin sentyabrında sözügedən evi 8 milyon dollara almışdı. İndi isə o, evini 11 milyon dollara (təxminən 18 milyon 700 min manat) satmağa qərar verib.

Min hektardan çox ərazisi olan əmlaka yaşayış evi, mal-qara tövləsi, 1500 quş üçün qəfəs, anbar, köməkçi otaqlar, restoran, konfrans zalları və iki göl daxildir.