Türk televiziya tarixinin əfsanəvi seriallarından biri olan "Kurtlar Vadisi"ndə "Memati" obrazı ilə yaddaşlara həkk olan Gürkan Uygunun qardaşının da aktyor olduğu ortaya  çıxıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı aktyorun qardaşını görənlər təəccübünü gizlətməyib. Belə ki, 39 yaşlı qardaşı Volkan Uygunun Gürkana oxşarlığı ilə  diqqət çəkib.  

Bununla yanaşı seriallara çəkilən Volkan məşhur  "Söz" serialında "Kibar", yəni "Usta Çavuş Cevdet Aydın" obrazını  canladırıb.