Azərbaycanda dövlət agentliyində oğurluq hadisəsi olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, narkotik maddə ilə tutulan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Talıbovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun sentyabrın 7-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus 23 ədəd yağış suları üçün nəzərdə tutulan dəmir barmaqlığı, oktyabrın 9-da isə “Müdafiə Sənayesi Nazirliyinin İqlim Elmi İstehsalat Müəssisəsi” MMC-yə məxsus yeməkxanadan 2 400 manat dəyərində 15 ədəd pəncərəni oğurlaması da müəyyən edilib.