"Səs Azərbaycan" yarışmasında Vətən müharibəsi iştirakçısı Nicat Tağıyev ifasından sonra,  hər kəs onu ayağa qalxaraq  alqışlayıb.  Lakin Xalq artisti Brilliant Dadaşova isə oturduğu yerdən qalxmayıb. Müğənninin bu hərəkəti tənqidə  səbəb  olub. 

Unikal.org xəbər verir ki, bundan sonra Brilliant Dadaşova sosial şəbəkə hesabından tənqidlərə  cavab verib. 

O, "Instagram"  hesabında , "Şair çox gözəl deyibmiş - sevənlərin qəlbində, gözügötürməyənlərin isə boğazında tıx olub qalarıq. Nəticədə hər ikisi varlığımızın əhəmiyyətini, gücünü əks etdirər",-  deyə,paylaşımında edib.

Gülayə  Mecid