UEFA Millətlər Liqasında 3-cü yerin sahibi bəlli olub.

Unikal.org xəbər verir ki, mükafat üçün keçirilən görüşdə İtaliya ilə Belçika qarşılaşıb.

Oyunda üç qol vurulub. Qolların hamısı ikinci hissədə qeydə alınıb.

İkinci yarı başlayan kimi Barella İtaliyanı önə çıxarıb. 65-ci dəqiqədə Berardi penaltini dəqiq yerinə yetirib – 2:0.

Belçikanın gücü isə təsəlli qoluna çatıb. 86-cı dəqiqədə Ketelaer De Bruynenin ötürməsini məntiqi sonluğa çatdırıb – 2:1.

Qeyd edək ki, Millətlər Liqasının final matçı da bu gün keçiriləcək. Saat 22:45-də start götürəcək matçda İspaniya ilə Fransa münasibətlərinə aydınlıq gətirəcəklər.