"Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindəki hərbçiləri Qarabağda Laçın dəhlizi vasitəsilə nəqliyyat vasitələrinin və insanların gecə-gündüz təhlükəsiz giriş-çıxışını təmin edir".

Unikal.org xəbər verir ki, bu sözləri Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Ripski deyib. 

"Biz Rusiya sülhməramlı kontingentinin varlığını göstəririk. Tranzit nəqliyyatın təhlükəsizliyini təmin edirik. Lazım gələrsə, hər bir avtomobil yoxlanılır", - deyə Ripski bildirib. 

Onu da qeyd edək ki, sülhməramlılar bütün müşahidə məntəqələrini mövcud vəziyyəti izləmək üçün 360 dərəcəli xarici müşahidə kameraları ilə təchiz edib. 

Ağarza Elçinoğlu