Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 121 nəfərdir.