Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22:55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.