Azərbaycan işğaldan azad edilən ərazilərdən tapılan daha 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Cəsədlərin Şuşa ərazisindən tapıldığı qeyd olunur. Onların kimliklərini müəyyən etmək üçün ekspertiza təyin olunacaq.

Qeyd edək ki, indiyə qədər ümumilikdə 1673 erməni hərbçinin cəsədi tapılıb.