PKK terror təşkilatı Suriyanın şimalında, Türkiyə ordusunun "Fərat Qalxanı" bölgəsində terror aktı törədib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, 2 fərqli ərazidə törədilən partlayışda iki suriyalı həlak olub, 19-u yaralanıb.

Nazirlik qeyd edib ki, Türkiyə regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.