Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərdə yerləşən avtotəmir sexlərinin birində qeydə alınıb.

Əliyev Murad Adil oğluna məxsus "Nissan" markalı avtomobili sexdə olarkən qarət edilib.

Belə ki, avtomobilin 800 manat dəyərində ehtiyat hissələri oğurlanıb. Hadisəni törədən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq zamanı saxlanılıb və aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)